Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:50

Hərbi xidmətə çağırışda yenilik gözlənilir


-
Azərbaycanda hərbi xidmətə çağırış sistemində yeni texnologiyanın tətbiqi planlaşdırılır.

Bu barədə apa-ya hərbi mənbələrdən məlumat verilib.

Layihə reallaşdıqdan sonra çağırışçılara düşdükləri hərbi hissələr barədə məlumatlar SMS vasitəsilə veriləcək. SMS bildirişlər çağırışçının və ya onun valideyninin mobil telefonuna göndəriləcək.

Müvafiq layihə hökumət tərəfindən dəstəklənir.

Bununla yanaşı, çağırışçılar Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin internet saytında yaradılan bölmədən də öz xidmət yerlərini müəyyənləşdirə biləcəklər.
XS
SM
MD
LG