Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:00

Arif Hacılı: «Daha real vahid namizəd müəyyənləşdirməliyik»


Avropa Parlamenti
Avropa Parlamenti
-
«HAKİMİYYƏT SANKSİYALARIN BİR ADDIMLIĞINDA»

«Azadlıq» qəzetinə görə, Avropa Parlamentinin son qətnaməsi hakimiyyətin narahatlığına səbəb olub. Qəzet yazır ki, qətnamədə hakimiyyətin sərt tənqid olunması, «İlham Əliyevlə açıq danışılmalıdır» çağırışı iqtidarda artıq vəziyyətin kifayət qədər pisləşdiyi qənaətini yaradıb.

Qəzet Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun Avropa Parlamentinin özünün demokratik olmaması ilə bağlı səsləndirdiyi fikrə diqqət çəkir:

«Göründüyü kimi Azərbaycan hakimiyyəti qətnamədən nəticə çıxarmaq niyyətində görünmür. İqtidar düşünür ki, Avropaya hücuma keçməklə problemin həllinə nail ola bilər...».

Qəzet hakimiyyətin sanksiyaların bir addımlığında olduğunu qeyd edir.

«DAHA REAL VAHİD NAMİZƏD MÜƏYYƏNLƏŞDİRMƏLİYİK»

«Biz daha real vahid namizəd müəyyənləşdirməliyik».

Bunu «Yeni Müsavat»a müsahibəsində Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib:
Arif Hacılı
Arif Hacılı

«Hər şey heç də siyasi qüvvələrin, müxalifətçilərin, o cümlədən Milli Şuranın iradəsindən asılı deyil. Vahid namizədin kim olması və o namizədin uğur qazanması əsasən və xüsusilə Azərbaycan cəmiyyətindən, namizədə səs verəcək insanlardan asılıdır. Seçki günü yaxınlaşdıqca, protest elektoratının hansı namizədə daha çox səs vermək ehtimalları olduğu aydınlaşır. 2003-cü il prezident seçkilərinə bir neçə həftə qalmış protest elektoratının kimə səs verəcəyi hər kəsə aydın idi».

«MEHRİBAN DÜŞMƏNLƏR»İN GÖZLƏNİLƏN AÇIQ DÜŞMƏNÇİLİYİ

«Yeni Azərbaycan» qəzeti Milli Şuranın «mehriban düşmənlər»dən formalaşdığını yazır. Qəzetə görə, vahid namizəd məsələsi onların düşmənçiliyini açıq müstəviyə keçirəcək.

«150 MİN AGENT ŞİMALDAN SİQNAL GÖZLƏYİR»

«Azərbaycanda DTK-dan qalma 150 min agent var, şimaldan «siqnal» gözləyirlər».

Hikmət Hacızadə
Hikmət Hacızadə
Bunu «Bizim yol»a müsahibəsində politoloq, Azərbaycanın Rusiyada sabiq səfiri olmuş Hikmət Hacızadə deyib.

- İsa Qəmbər vahid namizəd olsa, bizi 2003-cü ildə deyildiyi kimi Qələbəyə aparacaqmı, yoxsa yenə Bayıla gedəcəyik?

- İsa Qəmbər, heç olmasa, hərəkatın, ölkənin namusunu, qeyrətini qoruya biləcək, imkan verməyəcək ki, biabır olaq...

- Sizcə, mənəvi qələbə siyasi qələbəyə çevrilməyəndə uzunmüddətli böyük apatiya başlamayacaq?

- O zaman mənəvi qələbəni siyasi qələbəyə çevirən gəlsin, 20 ildir gözləyirik, hanı?

- Bəs 20 ildir üstündə israr etdiyiniz İsa Qəmbər niyə bunu bacarmadı?

- Çünki sizlər qoymursunuz, yerinizdən tərpənmirsiniz.

Heydər Əliyev və İlham Əliyev
Heydər Əliyev və İlham Əliyev
SİYASƏTDƏ VARİSLİYİN UĞURLU FORMULU

«Azərbaycan» qəzeti siyasətdə varisliyin uğurlu formulundan yazır. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun müəllifi olduğu yazıda deyilir:

«... Heydər Əliyev dühası cismən aramızda olmasa da, onun ölməz ideyaları xalqımızın mütərəqqi yoluna işıq saçır... Həm də onunla təsəlli tapırıq ki, böyük öndərin prezident İlham Əliyev kimi müasir dünya siyasətinin incəliklərini dərindən bilən, xalqının və dövlətinin maraqlarını daim uca tutan, siyasətində hər bir vətəndaşın mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işi ilə doğruldan layiqli siyasi davamçısı var».

Qəzetə görə, «Qurtuluşdan başlanan alternativ siyasi kursun davam etdirilməsi Azərbaycan cəmiyyətinin obyektiv sosial tələbatıdır».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG