Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:00

Bakıda Qadınlarının IV Qurultayı keçirilir


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən qurultay «İnkişaf naminə birlik» devizi altında təşkil olunub.

Qurultayın məqsədi qadınların hüquq bərabərliyi, iqtisadi, ictimai, sosial-mədəni, tərəqqi işində onların geniş şəkildə təmsil olunmasını, gender bərabərliyinin təmin edilməsində qadınların rolunu gücləndirməkdən ibarətdir.

Qurultayda Azərbaycanın bütün şəhər və rayonlarından seçilmiş 2000-ə qədər nümayəndə, xarici ölkələrin, dövlət və hökumət orqanlarının, qeyri-hökumət təşkilatının nümayəndələri iştirak edir.

Qurultaya Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, baş nazirin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər də qatılıblar.

Tədbir zamanı işçi orqanların tərkibinə, Katiblik komissiyasına, Mandat komissiyasına və Redaksiya komissiyasına üzvlər seçiləcək. (APA)
XS
SM
MD
LG