Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:54

Sosial şəbəkələr cinayətin sübut mənbəyi kimi


-

Şəbəkə - cinayət

Facebook-dan birbaşa şərh yaz
Amerika polisi atılmış uşağın valideynlərini Facebook vasitəsilə tapdı. Azərbaycan polisinə isə təqsirləndirilən şəxsə sevgilisini döydüyünü sübut etmək çətin olmadı. Oğlanın hadisəni mobil telefona çəkməsi və görüntülərin sonradan sosial şəbəkələrdə yayılması onu “ələ verdi”.

Sosial şəbəkələrdə yayılan materiallar cinayət, qanun-qayda pozuntusunun sübutu sayıla bilərmi?

Azadlıq FM-də müzakirə etmişik:

Hüquqşünas Elçin Namazov:
- KİV haqqında qanuna görə mediada yayılan materiallar cinayət işinin açılması üçün istifadə edilə bilər.
- Hər hansı bir hadisə kütləvi yayılıbsa və hüquq-mühafizə orqanlarına müraciət edilibsə, məsələ araşdırılır.
- RATİ jurnalistini vuran polis sadəcə işdən azad edildi. Yəni yüngül cəzalandırıldı.
- Qanunvericilkdə bu məsələylə bağlı ziddiyyət var. Şəxsi və ailə sirri hesab olunan materialların yayılması qadağan edilir. Konstitusiyada isə gizli səsyazma, çəkiliş qadağan edilib.
- Sosial şəbəkələrdə bir material bir neçə nəfər tərəfindən davamlı paylaşılır və istər -istəməz insanların diqqətini cəlb edir. Bu, sosial şəbəkələrin effektivliyidir.
- Vətəndaşların neqativ halları çəkib göstərməsi polisin araşdırması üçün material verir.
- Düşünürəm ki, bütün dövlət orqanları gələcəkdə öz işini sosial şəbəkələrlə əlaqələndirəcək.
Jurnalist Rasim Əliyev:
- İyunun 3-də Bakıda gənclərin Bulvarda Türkiyədəki mitinqlərə dəstək aksiyasını işıqlandıran zaman polis mənə əl qaldırdı. Hadisəni çəkən dostlarım sonra çəkilmiş videoları sosial şəbəkələrdə yaydı. Yalnız mən müraciət edəndən sonra polislər vəzifəsindən azad edildi.
- Polisin işdən azad edilməsi də hələ sual altındadır. Ola bilsin ona yeni bir vəzifə veriləcək.
- Sosial şəbəkələrdə yayılan məlumatlar daha kütləvi olur.
- İnanmıram ki, sosial şəbəkələrdə paylaşılan neqativ hallar zərərçəkən müraciət etməsə araşdırılsın.

PROQRAMI BURADA DİNLƏ


XS
SM
MD
LG