Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:42

Günel Mövlud. Facebook eyforiyası


Günel Mövlud
Günel Mövlud
-

Yaş ötdükcə Facebook, Tvitter eyforiyası səngiyəcək, sosial şəbəkə fəallarının yerini yeni fəallar, yeni müzakirələr, yeni söhbətlər alacaq. Bir vaxt günün yarıdan çoxunu kompüterin qarşısında, virtual dünyada keçirən insanlar isə heç nəsiz qalacaqlar....


Günel Mövlud


FACEBOOK EYFORİYASI


Sosial şəbəkələr, insanların virtual aləmdə istifadə etdikləri şəkillər, uydurmalar, özləri barədə şişirtmələr edilməyən zarafat, çəkilməyən karikatura, videoməsxərə qalmayıb.

Evdə kompüterin arxasından qalxmadan, virtual «inqilab» edənlər, boz, fağır görünüşə sahib ikən virtual dünyada «dünya gözəli» olan, üzündən oxuya bilmədiyi halda, sosial şəbəkələrdə özünü yazıçı kimi aparanlar...

Facebook nişanlanmaları, evlənmələri, Facebook ayrılıqları. Həmçinin, Facebook qırğınları, Tvitter hədələri, küsüşmələr, barışmalar, düşmənçiliklər, «blok»a atmalar, doğmalaşmalar (bir də görürsən, kimsə özündən on yaş böyük adamı qızı, oğlu kimi qələmə verib)...

Sosial şəbəkələrdə hərənin doğrudan da öz balaca dünyası var. Əslində bu, çox yaxşıdır. Sosial şəbəkələr bir çox cəhətdən hətta əvəzolunmazdır.

Xüsusilə azad mətbuatın, geniş yaradıcılıq imkanlarının olmadığı ölkələrdə, sosial şəbəkələr adamın dadına çatır.

Özünüifadə, yaradıcılıq, əlaqə qurmaq və saxlamaq, paylaşımlar, hər hansı mövzu barədə fikir formalaşdırmaq cəhdləri – bütün bunlar müasir dünyada çox vacibdir. Buna görə də, müasir insanın həyatını sosial şəbəkələrsiz təsəvvür etmək çətindir.

Bu gün ən arzuolunan məşhurluq Facebook məşhurluğudur, ən vazkeçilməz məşğuliyyət burada paylaşım etmək, şərhlər yazmaq, mübahisələrə girişməkdir. Facebookda artıq qruplaşmalar, çevrələr, əqidədaşlar, silahdaşlar, düşmənlər var.

Bu gün sosial şəbəkələrdə bir qruplaşmanın o biri qruplaşmaya virtual qalib gəlməyi doğrudan da qalibiyyət hesab olunur. Bu gün Facebookda hansısa məsələni ictimailəşdirmək, hadisənin gunahkarını ictimai qınaqla üz-üzə qoymaq, onun cəzalandırılmasına nail olmaq mümkündür.

Amma sosial şəbəkələr eyni zamanda təhlükəlidir. Müasir insan zamanını ən çox sosial şəbəkələrdə boşa xərcləyir, ən çox buradakı paylaşımlar, qısa məlumatlar onu tənbəlləşdirir, ən pisi isə, virtual həyat ona o qədər rəngarəng, maraqlı gəlir ki, gerçək həyatdan təcrid olunmağa, getdikcə daha çox virtual dünyada yaşamağa başlayır. Bu bəlaya xüsusilə gənclər, yeniyetmələr daha sürətlə yoluxur və ömürlərinin ən özəl, məhsuldar illərini virtual aləmə xərcləyirlər. O illər ki, onlara nə qədər mütaliə qazandıra bilərdi, o illər ki, onları dünya kinosunun inciləri ilə tanış edə bilərdi, o illər ki, ölkələrinin ictimai-siyasi həyatına xərcləyə, tanışlıqlar yarada, karyera qazana, təhsillərini təkmilləşdirə bilərdilər...

Yaş ötdükcə Facebook, Tvitter eyforiyası səngiyəcək, sosial şəbəkə fəallarının yerini yeni fəallar, yeni müzakirələr, yeni söhbətlər alacaq. Bir vaxt günün yarıdan çoxunu kompüterin qarşısında, virtual dünyada keçirən insanlar isə heç nəsiz qalacaqlar....mütaliəsiz, karyerasız, fikirsiz, boş...

Ən pisi də budur ki, onlar daha heç kimə maraqlı olmayacaqlar...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG