Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:42

Moskvada etiraz yürüşü keçirilib


Moskvada etiraz yürüşü
Moskvada etiraz yürüşü
Bu gün Moskvada azı 10 aksiyaçının saxlandığı xəbər verilir. Onlar Sol cəbhə hərəkatının bayraqlarını qaldırıbmış.Polis aksiyaçılardan bayraqların yığışdırılmasını tələb edib.Qeyd edək ki, bu ilin aprelində bu hərəkatın fəaliyyəti 3 aylıq dayandırılıb.

Azadlıq Radiosu müxbirinin məlumatına görə, siyasi məhbuslara dəstək olaraq keçirilən vətəndaş yürüşündə 1o minədək adam iştirak edir.Yürüşün başında müxalifət liderləri Mikhail Kasyanov, Vladimir Rıjkov, İlya Yashin və Aleksei Navalnıy gedib.Onlar hökumət əleyhinə şüarlar səsləndirib.

Sankt Peterburqda isə hakimiyyət mitinqə icazə vermədiyindən müxalifət fəalları eyni tələblə tək-tək piketlər keçirib.

Həmçinin ölkənin digər şəhərlərində piketlər nəzərdə tutulub.
XS
SM
MD
LG