Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 03:30

Erdogan artıq səbrin tükəndiyini deyir


r Tayyip Erdogan
r Tayyip Erdogan
Ötən gecə və bu gün səhər yenidən İstanbulun Taksim meydanında nümayişçilərlə polis arasında toqquşma olub. Polis yenə də nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Yerli hakimiyyət etirazçıların Taksim meydanından çıxarıldığını və onların ətrafdakı Gəzi parkına çəkildiyini deyir. İstanbul valisi Huseyin Mutlu təhlükəsizlik qüvvələrinin əməliyyatı davam etdirəcəyini və nümayişçilərin meydandan çıxarılacağını bəyan edib. O həmçinin vətəndaşları qayda-qanun bərpa edilməyincə Taksim meydanına girməməyə çağırıb.

Həmçinin baş nazir Recep Tayyip Erdogan artıq etirazçılara qarşı dözümlülük göstərilməyəcəyini bildirib.

13 gündür ki, Türkiyədə hökumət əleyhinə aksiyalar keçirilir. Əvvəlcə Taksim meydanında ağacların kəsilməsinə etiraz olaraq keçirilən aksiya, az sonra baş nazir Erdogana qarşı yönəldi. İndiyədək baş verən toqquşmalarda azı 4 nəfərin öldüyü bildirilir.
XS
SM
MD
LG