Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 12:03

Real Gareth Baleyə 100 milyon avro verə bilər


Foto arxiv
Madridin Real klubu Tottenhemin futbolçusu Gareth Frank Baleyə rekord məbləğ verə bilər.

Qol.Az-ın məlumatına görə, klubun prezidenti Florentino Peres deyib ki, uelsli yarımmüdafiəçinin heyətə cəlb olunması üçün 100 milyon avro belə ödəyə bilər.Peres qeyd edib ki, bu cür futbolçuların komandaya faydası daha çox olur: "2010-ci ildə bahalı transferlərin nəticəsində klub maddi cəhətdən daha gücləndi. Çünki yaxşı gəlir qazanan bir klub yaratmışdıq. Hədəfimiz yenə də budur".

Hazırda dünyanın ən bahalı oyunçusu Cristiano Ronaldodur. Real onun transferi üçün Mançester Yunaytedə 93 milyon avro verib.
XS
SM
MD
LG