Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:48

ARDNŞ: Ermənistana qaz verilməsi mümkündür


Ermənistan Azərbaycan qazı üçün müraciət edərsə, bu məsələyə baxıla bilər. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, Azərbaycanla hərbi-siyasi münaqişə vəziyyətində olan Ermənistanın indiyə qədər tutduğu qeyri-konstruktiv mövqe erməni xalqını aсınacaqlı duruma salıb:

«Halbuki bununla, ilk növbədə, öz xalqının həyati maraqlarına qarşı çıxır, öz ölkəsində və bütövlükdə regionda sosial-iqtisadi inkişafa əngəl yaradır. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan işğal etdiyi torpaqlarla bağlı mövqeyini dəyişərsə, münaqişənin dinc yolla, danışıqlar yolu ilə və ən əsası, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olarsa, həyata keçirdiyimiz regional və qlobal əhəmiyyətli enerji layihələrinə cəlb edilə bilər».

ARDNŞ bildirir ki, yuxarıda qeyd olunan şərtlər daxilində Ermənistan Azərbaycan qazı üçün müraciət edərsə, bu məsələyə də baxıla bilər.
XS
SM
MD
LG