Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 20:38

Nə yaxşı ki, səndən gəldi bu ayrılıq...


Yaşar Bünyad
-


Yaşar Bünyad



GETMƏSƏYDİN


Elə sandın batacağam

burulğanda gəmi kimi,

Gedəcəm sən deyən "yerə"

həmişəlik?!

Nə yaxşı ki,

Ömrün ağır yollarını gedə-gedə

qismətimə düşənləri yaşayıram.

Şükr sdirəm,

nə yaxşı ki, səndən gəldi bu ayrılıq.

Nə yaxşı ki, azaldı bu dünyada bir qəlbi qırıq,

könlü sınıq!

Sən ki,

bir vaxt ürəyinlə bacarmadın,

Getdin,

mənimlə yaşayıb qocalmadın...

Yaxşı ki,

qulu olmadım bu həsrətin,

Tələsinə düşmədim

"kor" məhəbbətin.

Yoxsa..,

çoxdan ölərdim ki, getməsəydin.
XS
SM
MD
LG