Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 04:40

Qazaxıstan ipoteka kreditinin yuxarı olmasına qarşı etiraz nümayişi olub


Qazaxıstanın Almatı şəhərində ev sahibləri ipoteka kreditlərinin faizinin yuxarı olmasına qarşı etiraz yürüşü keçirib. Almatıda Kaspi bankı qarşısına toplaşan təxminən 30 ev sahibinin əlində tutduğu plakatlarda “Niyə bankların borcları silinir, bizim borclar yox?!” kimi şüarlar yazılmışdı.

Bankın direktoru etirazçılarla görüşüb və hər birinin şikayətinə fərdi qaydada baxılacağına söz verib.

Bir neçə gün qabaq bu nümayişin təşkilatlarından ikisinə və bir jurnalistə bir neçə sutkalıq həbs cəzası verildi.İki nümayişçi isə icazəsiz aksiyaya görə cərimə olundu.
XS
SM
MD
LG