Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:29

Prezident və Birinci xanım boşanırlar (FOTOSESSİYA)


Rusiya prezidenti və ölkənin Birinci xanımı boşanırlar.

Bu haqda jurnalistlərə Vladimir Putin və həyat yoldaşı Ludmila özləri xəbər veriblər. İyunun 6-da, Kremlin konsert sarayında "Esmeralda" baletinə baxmağa gələn prezident cütlüyü ayrılmaq haqda qərarı birgə verdiklərini deyiblər.

"Biz mədəni şəkildə boşanırıq" - deyə Ludmila Putina bildirib.

Rusiyada "First Lady" ənənələri zəif olduğundan Ludmila Putina ölkənin ictimai-siyasi həyatında görünməz idi. Bəzən hətta diplomatik protokollorla nəzərdə tutulan mərasimlərdə Putin tək iştirak edirdi. Bu vəzityyət Putinin başqa qadınla münasibətləri, həyat yoldaşından ayrılması haqda şaiyələr doğursa da, indiyədək Putin onları təkzib edirdi.
XS
SM
MD
LG