Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:44

Şimali Koreya cənubu dialoqa çağırıb


Foto arxiv
Foto arxiv
Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə Şimali Koreya ilk növbədə iki ölkə arasındakı azad sənaye zonasında işi bərpa etməyə çağırıb.
Bu ilin aprelində iki ölkə arasında vəziyyət gərginləşdiyinə görə bu zona bağlanıb.
Şimal bundan başqa cənubla sülh müqaviləsindən çıxıb və onunla müharibə vəziyyətində olduğunu elan edib.

Amma Pxenyan indi 50 il bundan əvvəlki müharibə nəticəsində ayrı düşmüş ailələri birləşdirmək üçün danışıqları bərpa etməyə, münasibətləri normallaşdırmağa çağırır.

Cənubi Koreyanın bu iş üzrə nazirliyi Şimalın təklifini müsbət qarşılayıb.

Koreya yarmadasında vəziyyətin gərginləşməsinə səbəb Şimali Koreyanın fevralda nüvə sınağı keçirməsi və BMT-nin buna görə ona qarşı sanksiyaları daha da kəskinləşdirməsi oldu.
XS
SM
MD
LG