Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:16
-

İyunun 3-də İmişli şəhərinin bir qrup sakini Lətif Vəliyev küçəsində avtomobil yolunu bağlayıb.

Yolu bağlayan sakinlər Araz çayından çıxarılan tikinti qumunun yaşadıqları küçə ilə İmişli stansiyasına aparılmasına etiraz ediblər:

«Gecə-gündüz ağır tonnajlı avtomobillərin hərəkəti bizim rahatlığımızı pozub, tikinti qumu üstüaçıq daşındığından toz-torpaq həyətlərimizə, evlərimizə dolur. Biz istəyirik buna son qoyulsun».

Aksiya keçirilən yerə rayon icra hakimiyyəti və polis şöbəsinin əməkdaşları gəlib.

Rəsmilər sakinlərə tikinti materiallarının bu küçə ilə daşınmasına məhdudiyyət qoyulacağına söz verəndən sonra sakinlər dağılışıblar.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG