Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:07

Qasırğa Gəncədə fəsadlar törədib


Gəncədə qasırğanın fəsadları
Gəncədə qasırğanın fəsadları
-

Ötən axşamdan Gəncəyə yağan dolu və ardınca qasırğa Gəncədə bir sıra fəsadlar törədib.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, qasırğa Üzeyir Hacıbəyov küçəsindəki iki binanın dam örtüyünü qoparıb:

«Külək 17 işıq dirəyini, 20-yə yaxın ağacı aşırıb. Elektrik dirəklərindən biri yol kənarında dayanan avtomobilin üstünə aşıb. Şəhərə elektrik enerjisinin verilməsi 1 saatdan çox dayandırılıb».

Naqif Həmzəyev qasırğanın törətdiyi fəsadların ardan qaldırılması ilə bağlı işin davam etdiyini bildirir.

Qasırğa Qax rayonunda da fəsadlar törədib, kəndlərdə işıq dirəkləri aşıb, telefon xətti kəsilib, qaz verilişi dayanıb. Zaqatalada isə qeyri-sabit hava şəraiti nəticəsində ümumi sahəsi 40 kv/m olan birmərtəbəli 2 otaqlı evi ildırım vurub. Evin çardaq hissəsində yanğın olub.
XS
SM
MD
LG