Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 03:35

Vəkil: «İlqar Məmmədov karsda 3 gündür ac saxlanır»


İlqar Məmmədov
İlqar Məmmədov
-
«İlqar Məmmədov 3 gündür karsda ac saxlanır. O həbsxana yeməyindən imtina edib, evdən gətirilən yeməyi isə içəri keçirməyə imkan verilmir». «REAL» sədri İlqar Məmmədovun vəkili Xalid Bağırov AzadlıqRadiosuna belə deyir.

Vəkil İlqar Məmmədovun cəza kamerasında saxlanması 6 gün haqda qərar olduğunu söyləyir:

«İlqar Məmmədovun daha 3 gün ac qalması onun sağlamlığını sıradan çıxara bilər. Şənbə günü (iyunun 1-də -Ş.B.) mən onunla görüşdüm. Neçə gündür ac qaldığından sınıxıb. Onu üzünü qırxmağa belə qoymurlar. Üzünü tük basıb. Görünür, İlqar Məmmədovu sındırmaq istəyirlər».

Xalid Bağırov REAL sədrinin cəza kamerasına salınması ilə bağlı məhkəməyə şikayət vermək niyyətindədir. Amma prosedurun uzun çəkəcəyini və onadək İlqar Məmmədovun karsdan çıxacağını deyən vəkil beynəlxalq qurumlara və səfirliklərə də müraciət edib. Onlardan yardım gözləyir.

Vəkilin sözlərinə görə, İlqar Məmmədov həbsxana kamerasında indiyədək tək qalıb. Amma mayın 30-da onun kamerasına başqa adam gətiriblər. Həmin şəxsdən şübhələndiyini bildirən İlqar Məmmədov müəssisə rəhbərliyinin onu təxribata çəkmək, təzyiq etmək istədiyini iddia edir. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin də bu üzdən kameraya girməkdən imtina etdiyini və 6 gün karsda saxlanması haqda qərar verildiyini bildirir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna söyləyib ki, İlqar Məmmədovun ac saxlanması haqda deyilənləri bazar günü olduğundan iyunun 3-də araşdırıb məlumat verəcək. Bundan öncə bildirmişdi ki, təqsirləndirilən şəxs yalnız daxili intizam qaydalarını pozduqda cəzaçəkmə təcridxanasına salınır. Bundan başqa, təqsirləndirilən şəxsin səlahiyyətli orqanların hərəkətlərindən şikayət etmək hüququ var.

«REAL» Hərəkatının sədri İlqar Məmmədov bu il yanvarın 23-24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları hesab edir ki, İlqar Məmmədov siyasi fəaliyyətinə görə həbs edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG