Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 19:03

Bakıda Taksim etirazlarına dəstək (VİDEO)


İstanbulda Gezi Parkının dağıdılması Bakıda pislənildi
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

İstanbulda Gezi Parkının dağıdılması Bakıda pislənildi - 31 may 2013

-
Gənc fəalların və Bakıdakı Türkiyə vətəndaşlarının bir qrupu iyunun 1-də Atatürk Parkında aksiyaya cəhd edib.

İstanbuldan canlı görüntülər (Millyet.TV-nin yayımı)

-
İstanbuldan canlı görüntülər

Milliyet.TV-nin canlı yayımı


Aksiya İstanbulun «Taksim» meydanında nümayişçilərə dəstək məqsədi daşıyıb.

Bu barədə AzadlıqRadiosuna Azad Gənclik Təşkilatının üzvü Asim Zaxarov bildirib:

«Polis parkı boşaltma əmrini verib. Deyirlər ki, gedin başqa yerdə oturun, səfirlikdə qonaqlar var, onlar bizim burda olmağımızdan narahatdırlar. Biz heç bir şüar səsləndirmirik. Bizim məqsədimiz Türkiyədəki yoldaşlara dəstək olmaqdır».

Aksiyada iştirak edən Türkiyə vətəndaşı Mete Kırmızıtoprak səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşları ilə danışdığını deyib:

«Səfirliyin təhlükəsizlik xidməti ilə danışdım. Onlar dedilər ki, bizim parkda toplaşıb toplaşmamağımızın onlara heç bir dəxli yoxdur».

Eyni vaxtda Bakının «Fəvvarələr» meydanında da Türkiyəyə dəstək aksiyası keçirilib.

İstanbulda «Taksim» meydanında tikinti işlərinin dayandırılması və hökumətin istefası tələbləri ilə aksiyalar davam edir. Nümayişlər polislə qarşıdurma ilə müşayiət olunur.

«Taksim» meydanı ənənəvi olaraq siyasi tədbirlərin, nümayişlərin keçirildiyi yerdir.

XS
SM
MD
LG