Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:21

Prezident Administrasiyası önündə aksiya keçirildi


-
İyunun 1-də «GEN» MMC tikinti firmasının aldatdığı adamlar Prezident Administrasiyası qarşısında aksiya keçiriblər.

Eyni məkanda, eyni tələblə dəfələrlə aksiya keçirən zərərçəkənlər bu dəfə üzləşdikləri problemi fərqli üsulda ifadə ediblər.

«Yeni Müsavat»ın məlumatına görə, aldadılan payçılar piketi 1 İyun - Beynəlxalq Uşaqların Müdafiə Gününə həsr ediblər.

Etirazçılar bəyan ediblər ki, bu gün onların uşaqları, nəvələri kirayə mənzillərdə yaşamağa məhkum olunublar.

Aksiya polis müdaxiləsi olmadan başa çatıb.

Şikayətçilərdən biri qəbul edilib və onlara iyunun 10-da yenidən Administrasiyaya müraciət olunması istənilib.

Daha sonra aldadılmış payçılar Baş Prokurorluqda olublar.

Onlara məsələ barədə rəhbərliyə məlumat veriləcəyi deyilib.

6 il əvvəl «GEN» MMC-yə pul ödəyib ev almaq istəyən 377 vətəndaş aldadılıb və onların pulu mənimsənilib.

Şikayətlərdən sonra şirkət rəhbəri həbs olunub. Ancaq indiyə qədər zərərçəkənlərin nə pulu qaytarılıb, nə də onlar mənzillə təmin olunub.
XS
SM
MD
LG