Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:42

Komitə sədri uşaqlar arasında intiharlardan danışır


Hicran Hüseynova
Hicran Hüseynova
-
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova son vaxtlar uşaqlar arasında intihar hallarının artması barədə məlumatlara münasibət bildirib.

apa-nın xəbərinə görə, Komitə sədri deyib ki, intihar hallarının artması fikri ilə razı deyil:

«Sadəcə, hazırda baş verən hadisələr barədə daha geniş formatda informasiyalar çatdırılır. Əvvəllər də belə hadisələr olurdu, lakin bu barədə informasiyalar verilmirdi, gizli qalırdı».

H.Hüseynovanın dediyinə görə, bütün intihar halları AQUPDK tərəfindən araşdırılır:

«İntihar halları daha çox məişət zorakılığı, ya da qızların erkən ərə verilməsi problemi ilə bağlıdır. Komitə belə halların çox qeydə alındığı rayonlarda uşaqlarla işi daha da gücləndirir».
XS
SM
MD
LG