Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:02

Sabah İçəri Şəhərdə «European Village» tədbiri keçiriləcək


İyunun 1-i və 2-də İçəri Şəhərdə «European Village» adlı tədbir keçiriləcək. Avropa Birliyi və ona üzv ölkələr orada qonaqları - xüsusilə uşaqları qarşılayıb, özləri haqda məlumat verəcəklər.

«European Village»də Avropa Birliyi ölkələrinin hər biri üçün ayrıca çadırlar qurulacaq və vətəndaşlar həmin ölkələrin mədəniyyəti, tarixi və təhsil imkanları və s. ilə tanış ola biləcəklər.

İştirakçı ölkələr və qurumlar bunlardır: Fransa, Almaniya, İtaliya, İsveç, Estoniya, Rumıniya, Belçika, Niderland, Çexiya, Polşa, Macarıstan, Latviya, Litva, Böyük Britaniya və digər Avropa qurumları.

Təqdimatlar sırasına «Avropa Təhsilli Azərbaycanlı Məzunlar Şəbəkəsi»nin (European Alumni Network in Azerbaijan - EANA) elan olunması da daxildir.
XS
SM
MD
LG