Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:38

"Vinetka"nı İnstagram, xatirə dəftərini Facebook əvəz edəndə...


-

SonZeng

Facebook-dan birbaşa şərh yaz
Son zəng həyəcanı sosial şəbəkələrdən də yan keçmir. Təbrik statusları yazılır, musiqilər paylaşılır, məktəb xatirələri yada düşür.

Azadlıq FM-də son zəng günü məktəb xatirələrindən danışmışıq.

Aktyor Kamran Yunis:

- Sovet vaxtındakı son zəngi indiki son zənglə müqayisə etdikdə xeyli dəyişikliklər görmək mümkündür.
- İndiki gənclərin çox Avropanın pis şeylərini götürüb. Ona görə də son zəng tədbirləri tam fərqli keçirilir...

Bəstəkar Xanım İsmayılqızı:

- Son Zəng çox əlamətdar hadisədir, yeni həyatın başlanğıcıdır. Məktəbdən ayrılmaq həm sevinclidir, həm də kədərli...
- Mən son zəngi, buraxılış gününü yaşaya bilmədim. O zaman bizim ailədə bədbəxt hadisə baş vermişdi...
- Mən öz övladlarımın son zəng mərasimində iştirak etmişdim. Övladlarım çox sevincli idilər.

Dinləyici Elvin Babayev:

- Hər dövrün öz xatirəsi, yaddaşı var. Məktəb illəri daha səmimi olur, qayğısız, problemsiz keçir. Tələbəlik illərindəsə yavaş-yavaş problemlər başlayır. Düzdür bunun da öz gözəlliyi var.
- Zaman keçdikcə universitet tələbələri unuda, yaddan çıxara bilər. Amma məktəb dostları heç unudulmur.

Məktəb illəri necə yadında qalıb?
XS
SM
MD
LG