Keçid linkləri

2026, 10 İyul, cümə, Bakı vaxtı 00:20

Beynəlxalq Korrupsiya Məhkəməsi yaratmaq təklif edilir [VIDEO]

Beynəlxalq Korrupsiya Məhkəməsi yaratmaq təklif edilir
Gözlə

No media source currently available

0:00 0:05:24 0:00

Beynəlxalq Korrupsiya Məhkəməsi yaratmaq təklif edilir

Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov bu ölkədə mərmurların korrupsiya əməllərinə dair yeni hesabat hazırlayıb.

AzadlıqRadiosunun rus redaksiyasının Baş redaktoru İrina Lagunina həmin hesabatın yayılmasından əvvəl ABŞ-ın Massaçusetts ştatında federal hakim Mark Wolf-la Rusiyada korrupsiyanın vəziyyəti barədə söhbət edib. Cənab Wolf həmçinin Beynəlxalq Korrupsiya Məhkəməsi yaradılması barədə təklifin müəllifidir.

- Rusiyada korrupsiya ilə mübarizə getməsi barədə çox danışılır. Bu gözəl sözləri president Vladimir Putin, Baş nazir Dmitry Medvedev-dən tez-tez eşitmək olur. Sizcə, Rusiyada həqiqətən də korrupsiya ilə mübarizə gedirmi?
...bunlar məndə belə təsəvüvr yaradır ki, Rusiyada korrupsiyanı aşkar edənləri mükafatlandırmaq əvəzinə cəzalandırırlar.

- Bu yaxınlarda Sankt-Peterburqda seminarda olarkən də bu barədə dedim. ABŞ və başqa yerlərdən olan bir çox beynəlxalq ekspertlər Rusiyanın korrupsiya ilə mübarizə mexanizmlərini alqışlayırlar.

Amma mən bədgümanam. Bu şübhələrimi də Global İnteqrity və başqa beynəlxalq qurumların hesabatları ilə əsaslandırıram. Orada qeyd edilir ki, real vəziyyətlə deyilənlər arasında ciddi uçurum var.

- Hansılardır?

- Məsələn, 2010-cu ildə ABŞ-da məhkəmə Almaniyanın avtomobil şirkəti Daimler-I Rusiyada mərmurlara 3 milyon dollar rüşvət vermək üstündə cərimələdi. Bu məlumat Rusiya hökumətinə göndərildi. Alexsei Navalny yazır ki, o zaman prezident olan Medvedev bu hadisənin ciddi araşdırılacağını və günahkarların cəzalandırılacağını deyib. Amma hələ heç kim buna görə istintaqa çəkilməyib.

Eyni şey Simens şirkətinin işində oldu. Bu şirkət də 2010-cu ildə Rusiya rəsmilərinə 55 milyon dollar rüşvət verməkdə ittiham edildi, amma kimsəyə gözün üstə qaşın var deyən olmadı.

Bütün bunlar məndə belə təsəvüvr yaradır ki, Rusiyada korrupsiyanı aşkar edənləri mükafatlandırmaq əvəzinə cəzalandırırlar.

Alexei Navalny tək Daimler məsələsindən bəhs etmirdi. O bu yaxınlarda yazdı ki, Rusiya parlamentinin iki üzvünün ABŞ və kanadada bahalı əmlakları var. Bundan sonra həmin deputatlar istefa verdilər.
...bir bank yarılanda, hamı bilir ki, cinayət baş verib və əsas məqsəd oğrunu tapmaqdı. Amma rüşvəti alan da, verən də çalışır ki, bunu gizlətsin. Korrupsiya hallarının araşdırılmasında xüsusi çətinliklər də bu məqamla bağlıdır.

O, həmçinin Qazprom, və VTB Bank-da da korrupsiya faktları aşkarlayıb.

Mənim başa düşdüyümə görə indi onun özünə qarşı korrupsiya ittihamları ilə cinayət işi başlanıb. Halbuki iki dəfə bu istintaq sübutlar olmadığından bağlanmışdı.

Rusiya istintaq Komitəsinin sədrinin Çex Respublikasında daimi yaşayış icazəsinin və bahalı əmlakının olması barədə yazandan sonra Navalnıya qarşı cinayət işi yenilənib.

Bütün bunlar məni narahat edir. Məncə, korrupsiya ilə mübarizədə bəzi mexanizmlərin yaradılmasını beynəlxalq qurumların bir çoxu alqışlasa, mən çox bədgumanam.

- Korrupsiya hallarının effektiv araşdırılmasında xüsusi bir cəhətlər varmı, yoxsa, bu sadəcə olaraq niyyətin təmiz olmasından asılıdır.

- Korrupsiya ilə mübarizənin bir bənzərsizliyi var. Məsələn, bir bank yarılanda, hamı bilir ki, cinayət baş verib və əsas məqsəd oğrunu tapmaqdı. Amma rüşvəti alan da, verən də çalışır ki, bunu gizlətsin. Korrupsiya hallarının araşdırılmasında xüsusi çətinliklər də bu məqamla bağlıdır.

- Elə ölkələr var ki, orda sadəcə rüşvətxorluq var, elələri də var rejimin özü korrupsiyadan asılıdır. Bununla bağlı sizin fikriniz nədir?
bir çox ölkələrdə korrupsiya ölkə rəhbərliyindən başlayır, rüşvət mədəniyyəti formalaşdığından cəzasızlıq fikri formalaşır. Bu ölkələrdə dövlət başçıları və onun yan-yörəsini korrupsiyaya görə cəzalandırmaq, istintaqa çəkmək çətin olur.

- Sankt-Peterburqda hüquq forumunda indiki Beynəlxalq Cinayət Məhkəməsi kimi bir beynəlxalq anti-korrupsiya məhkəməsinin nyaradılması təklifini irəli sürdüm. Məncə, bir çox ölkələrdə korrupsiya ölkə rəhbərliyindən başlayır, rüşvət mədəniyyəti formalaşdığından cəzasızlıq fikri formalaşır.

Bu ölkələrdə dövlət başçıları və onun yan-yörəsini korrupsiyaya görə cəzalandırmaq, istintaqa çəkmək çətin olur. Adətən belə ölkələrdə pulun dövriyyəsini izləmək üçün mexanizmlər də olmur.

Ona görə də mənim fikrimcə, korrupsiya cinayətlərini yüksək səviyyədə araşdırmaq üçün beynəlxalq korrupsiya məhkəməsinin yaradılması vacibdir. Ora pulun hərəkətini izləməyi yaxşı bilən elitar müstəntiqlər, iddiaları tərəfsiz araşdıran hakimlər cəlb etmək olar. Məncə, bu məhkəmə vasitəsilə sistemli korrupsiya ilə uğurlu mübarizəyə ümid etmək olar.

Boris Nemtsov keçən ilin avqustunda da Vladimir Putinin var dövlətindən bəhs edən xüsusi hesabat hazırlamışdı. Həmin hesabatda əks olunan fotolara burada baxa bilərsiz.

Vladimir Putinin dəbdəbəli həyat tərzindən fotolar

Hesabata görə Putinin sərəncamında 15 helokopter də var.

1/10 Hesabata görə Putinin sərəncamında 15 helokopter də var.
Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov və Leonid Martinok prezident Vladimir Putinin dəbdəbəli həyat tərzi keçirdiyinə dair hesabat hazırlayıblar. Hesabatda Putinin istifadəsində olan saraylar, maşınlar, təyyarələrin fotoları da var.
Putin prezident təyyarəsində. Hesabata görə Putinin xidmətində 43 təyyarə var.

2/10 Putin prezident təyyarəsində. Hesabata görə Putinin xidmətində 43 təyyarə var.
Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov və Leonid Martinok prezident Vladimir Putinin dəbdəbəli həyat tərzi keçirdiyinə dair hesabat hazırlayıblar. Hesabatda Putinin istifadəsində olan saraylar, maşınlar, təyyarələrin fotoları da var.
Moskvanın şimalında mülk. 2000-ci ildən rəsmi iqamətgah kimi istifadə olunur. Bu bina sovet liderlərinin dincəldiyi məkan olub. 1990-cı illərdə isə istifadəsiz qalıb.

3/10 Moskvanın şimalında mülk. 2000-ci ildən rəsmi iqamətgah kimi istifadə olunur. Bu bina sovet liderlərinin dincəldiyi məkan olub. 1990-cı illərdə isə istifadəsiz qalıb.
Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov və Leonid Martinok prezident Vladimir Putinin dəbdəbəli həyat tərzi keçirdiyinə dair hesabat hazırlayıblar. Hesabatda Putinin istifadəsində olan saraylar, maşınlar, təyyarələrin fotoları da var.
Sankt-Peterburq yaxınlığında Konstantin Sarayı. Pyotrın zamanında yay iqamətgahı kimi tikilib.

4/10 Sankt-Peterburq yaxınlığında Konstantin Sarayı. Pyotrın zamanında yay iqamətgahı kimi tikilib.
Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov və Leonid Martinok prezident Vladimir Putinin dəbdəbəli həyat tərzi keçirdiyinə dair hesabat hazırlayıblar. Hesabatda Putinin istifadəsində olan saraylar, maşınlar, təyyarələrin fotoları da var.
Qara Dəniz sahilində Soçidə Putinin iqamətgahlarından biri.

5/10 Qara Dəniz sahilində Soçidə Putinin iqamətgahlarından biri.
Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov və Leonid Martinok prezident Vladimir Putinin dəbdəbəli həyat tərzi keçirdiyinə dair hesabat hazırlayıblar. Hesabatda Putinin istifadəsində olan saraylar, maşınlar, təyyarələrin fotoları da var.
IL-96-300 sərnişin təyyarəsi də Putinin prezident donanmasına qatılıb.

6/10 IL-96-300 sərnişin təyyarəsi də Putinin prezident donanmasına qatılıb.
Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov və Leonid Martinok prezident Vladimir Putinin dəbdəbəli həyat tərzi keçirdiyinə dair hesabat hazırlayıblar. Hesabatda Putinin istifadəsində olan saraylar, maşınlar, təyyarələrin fotoları da var.
Prezident Putin həmçinin bahalı maşınlardan ibarət tam bir parka sahibdir.

7/10 Prezident Putin həmçinin bahalı maşınlardan ibarət tam bir parka sahibdir.
Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov və Leonid Martinok prezident Vladimir Putinin dəbdəbəli həyat tərzi keçirdiyinə dair hesabat hazırlayıblar. Hesabatda Putinin istifadəsində olan saraylar, maşınlar, təyyarələrin fotoları da var.
Putinin istifadə etdiyi "Sirius" super yaxtanı Rusiya 2011-ci ildə 40 milyon dollara alıb.

8/10 Putinin istifadə etdiyi "Sirius" super yaxtanı Rusiya 2011-ci ildə 40 milyon dollara alıb.
Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov və Leonid Martinok prezident Vladimir Putinin dəbdəbəli həyat tərzi keçirdiyinə dair hesabat hazırlayıblar. Hesabatda Putinin istifadəsində olan saraylar, maşınlar, təyyarələrin fotoları da var.
"Sirius" yaxtasında 6 cakuzi, günəş vannası üçün yerlər, idman zalı, kinosalon, 14 müxtəlif yerdə hətta kabab bişirməyə imkan verən üstü açıq məkan və bar var.

9/10 "Sirius" yaxtasında 6 cakuzi, günəş vannası üçün yerlər, idman zalı, kinosalon, 14 müxtəlif yerdə hətta kabab bişirməyə imkan verən üstü açıq məkan və bar var.
Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov və Leonid Martinok prezident Vladimir Putinin dəbdəbəli həyat tərzi keçirdiyinə dair hesabat hazırlayıblar. Hesabatda Putinin istifadəsində olan saraylar, maşınlar, təyyarələrin fotoları da var.
Hesabata görə Putinin ümumi dəyəri azı 700 000 dollar olan saatlar kolleksiyası da var. Onların arasında İsveçrə markası Blancpain üstünlük təşkil edir.

10/10 Hesabata görə Putinin ümumi dəyəri azı 700 000 dollar olan saatlar kolleksiyası da var. Onların arasında İsveçrə markası Blancpain üstünlük təşkil edir.
Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov və Leonid Martinok prezident Vladimir Putinin dəbdəbəli həyat tərzi keçirdiyinə dair hesabat hazırlayıblar. Hesabatda Putinin istifadəsində olan saraylar, maşınlar, təyyarələrin fotoları da var.
Öncəki slayd
Növbəti slayd
XS
SM
MD
LG