Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:10

Əliağa Ağayevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək


Əliağa Ağayev
Əliağa Ağayev
-
Mayın 31-də saat 19:00-da Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq Artisti Əliağa Ağayevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Xəbəri teatrın mətbuat xidməti verib.

Xəbərdə deyilir ki, Əliağa Ağayev milli teatr tarixinin fitri istedada malik parlaq simalarındandır. Zəngin mədəni ənənələrə həmişə sadiq qalan səhnə ustası və kino aktyoru kimi o, özünəməxsus üslubda yaratdığı son dərəcə koloritli obrazlarla Azərbaycan mədəniyyəti salnaməsinə yeni səhifələr yazıb.

Prezident sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən yubiley gecəsinin ssenari müəllifi və aparıcısı Xalq Artisti Ramiz Novruz, rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyovdur.

Yubiley gecəsində Teatr Xadimləri İttifaqının sədri Xalq Artisti Azər Paşa Nemət, Musiqili Teatrın aktyoru Əməkdar artist Ramiz Məmmədov, kinoşünas Aydın Kazımzadə, televiziya rejissoru Məhərrəm Bədirzadə çıxış edəcək, görkəmli aktyorun çəkildiyi filmlərdən və oynadığı tamaşalardan fraqmentlər göstəriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG