Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:36

Biləsuvarda yük avtomobili aşıb: 16 nəfər yaralanıb


Mayın 27-də Biləsuvar rayonunda 16 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, rayon ərazisində «Qaz 53» markalı yük maşını aşıb. Maşının kuzasında olan 14 nəfər, eləcə də kabinadakı 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, qəzaya düşən şəxslər əkin sahəsindən gələn 2 ailənin üzvləri olub. Faktla əlaqədar araşdırmalar aparılır.

Biləsuvar rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, hadisə Biləsuvar-Mingəçevir yolunun 35-ci kilometrliyinin yaxınlığında, əkin sahəsinin içində baş verib. Əkin sahəsindən işçiləri toplayaraq evlərinə çatdıran yük maşının sürücüsü, İmişli rayonunun Aranlı kənd sakini Əhədov Heydərəli Səyyar oğlu idarəetməni itirib. Yük maşınının təkəri su arxına düşüb və «QAZ 53» böyürü üstə kanala düşüb. Yük yerində olan qadınlar isə yerə yıxılıblar. Bildirilir ki, yaralıların əksəriyyəti yüngül sıyrıq və xırda sınıq xəsarətləri alıblar.
XS
SM
MD
LG