Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 01:02

Kerry və Lavrov Suriya konfransı ətrafındakı mürəkkəb vəziyyəti müzakirə edir


ABŞ və Rusiyanın xarici siyasət rəhbərləri John Kerry və Sergey Lavrov Parisdə görüşüb, Suriya üzrə sülh konfransını müzakirə etməlidir.

Suriyanın xarici işlər naziri Valid al-Moallem bazar günü elan etdi ki, onun hökuməti bu konfransda iştirak etməyə prinsipcə razıdır.

Suriya müxalifətinin iştirakı isə hələlik aydın deyil. Müxalifət fraksiyalara bölünüb. Əksər fraksiyalar və islamçılar hökumətlə danışıqların əleyhinədir.

Fransa isə sülh konfransında İranın iştirakının əleyhinədir. Livanın Hizbollah qrupu isə Suriya hökuməti tərəfində döyüşlərə qoşulduğunu bildirir.

Avropa Birliyinin xarici işlər nazirləri bazar ertəsi görüşüb, Suriya müxalifətinə silah verməyə embarqonu aradan qaldırmağı müzakirə edəcəklər.
XS
SM
MD
LG