Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:09

TQDK sədri Göyçay və Şamaxıda vətəndaşlarla görüşəcək


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə gələn həftə Göyçay və Şamaxı şəhərlərində vətəndaşları qəbul edəcək.

TQDK-nın mətbuat xidmətinin məlumatına görə, Göyçayda keçiriləcək qəbulda Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Ağsu rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər, Şamaxıda keçiriləcək qəbulda isə Şamaxı, Qobustan, İsmayıllı rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Göyçay şəhərində qəbul iyunun 5-də, Şamaxı şəhərində qəbul iyunun 7-də keçiriləcək.
XS
SM
MD
LG