Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:52

Suriya sülh konfransında iştiraka razıdır


Walid al-Moualem
Walid al-Moualem
Dəməşq gələn ay Cenevrədə Suriya ilə bağlı beynəlxalq konfransda iştiraka prinsipcə razılıq verib.
Bunu bu gün Bağdadda iraqlı həmkarı ilə görüşdə Suriyanın xarici işlər naziri Walid al-Muallem bildirib.
O belə bir konfransın Suriya münaqişəsinin həlli üçün yaxşı imkan olduğunu vurğulayıb.

İraqa gözlənilməz səfər edən Walid al-Muallemin baş nazir Nuri al Maliki və digər ölkə rəsmiləri ilə görüşü gözlənilir.

ABŞ-la Rusiya bu yaxınlarda bütün münaqişə tərəflərinin iştirakı ilə Suriya ilə bağlı beynəlxalq konfrans keçirilməsini təklif ediblər.
XS
SM
MD
LG