Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:59

R. Usubovun Göyçay görüşünə jurnalistlər buraxılmayıb


Ramil Usubov (Arxiv foto)
Ramil Usubov (Arxiv foto)
-
Daxili işlər naziri Ramil Usubov mayın 25-də Göyçayda vətəndaşların qəbuluna başlayıb.

Rayon polis şöbəsində keçirilən görüşə jurnalistlər buraxılmayıb. Səbəb kimi bu görüşün yarı hərbiləşdirlmiş bir görüş olduğu əsas gətirilib.

Qəbula bağlı siyahıya alma mayın 24-dən dayandırılıb.

Ümumilikdə nazirlə görüş siyahısına 9 rayondan 25 nəfərin adı salınıb.

Görüşün keçirildiyi ərazi 100 metrdən mülkü geyimli polislər tərəfindən mühafizə olunur.

NAZİRLİK AÇIQLAMA YAYIB

Daxili İşlər Nazirliyinin mətbuat xidməti nazir Ramil Usubovun mayın 25-də Göyçay rayonunda keçirdiyi görüşlə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, rayon polis şöbəsində keçirilən görüzdə nazir Göyçay, Ağsu, Qobustan, Şamaxı, İsmayıllı, Yevlax, Mingəçevir, Ucar, Kürdəmir, Ağdaş rayonlarında yaşayan sakinlərin, eyni zamanda Xocalı və Ağdamdan olan məcburi köçkünlərin bir qrupunun şikayətlərini dinləyib.
“Daxili işlər naziri tərəfindən qəbul edilən 35 nəfərin müraciətlərinin böyük əksəriyyəti elə görüş zamanı öz həllini tapıb. Polis fəaliyyətinə aid olmayan ərizələrə baxılması üçün isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı və konkret tədbirlər görüləcəyi nəzərə çatdırılıb” deyə məlumatda bildirilir.
XS
SM
MD
LG