Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 00:38
Bu günlərdə İranda həbs edilən Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynov Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna təhvil verilib.

Bunu APA TV-yə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.
Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş Konsulluğu isə hələlik heç bir açıqlama verməyib.

Azərbaycan Milli Elmələr Akademiyasının elmi işçisi, şəhriyarşünas Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd Rəşidinin ata evində həbs edilmişdilər.
İran hakimiyyəti onları qanunsuz əlaqələr qurmağa cəhddə ittiham edirdi.

İran xarici işlər nazirliyinin sözçüsü Abbas Əraqçı dünən Azərbaycanda həbsdə olan İran vətəndaşı Mikayıl Kazıminin də tezliklə azad olunacağına ümidlə yanaşdığını qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG