Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:24

Səfir: «ABŞ «Şahdəniz» konsorsiumunun qərarını gözləyir»


-
Azərbaycan Diplomatik Akademiyasında (ADA) «Meydana çıxan təhlükəsizlik çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin genişləndirilməsi» mövzusunda NATO tərəfdaşlıq konfransı keçirilir.

Trend-in məlumatına görə, Konfransda çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar bildirib ki, ABŞ növbəti ay «Şahdəniz» konsorsiumunun Azərbaycan qazını Avropaya daşıyacaq əlavə kəmər marşurutu ilə bağlı qərar qəbul etməsini gözləyir:

«ABŞ istənilən marşurutun seçilməsinə neytral yanaşır - bu, Transadriatik Boru Kəməri və ya «Nabucco West» ola bilər. Əsas odur ki, bu layihə Avropanın qaz təchizatını şaxələndirəcək və Azərbaycan qazının Avropaya nəql edilməsi üçün geniş imkanlar yaradacaq. Türkiyə də, həmçinin enerji resursları istehsal edən ölkələr üçün neft nəqlində imkanlar yaradır və Avropanın qaz təchizatının şaxələndirilməsinə öz töhfəsini verir. Azərbaycanla Türkiyənin Transanadolu Boru Kəməri tikmək qərarı onların enerji körpüsü qurmaq öhdəliklərinin fiziki təsdiqidir».

Səfir əlavə edib ki, Azərbaycan və ABŞ arasındakı dialoq bundan sonra da davam edəcək:

«Biz Dağlıq Qarabağ münaqişənin həllində maraqlıyıq, amma bunun enerji layihələrinin icrasına aidiyyatı yoxdur. Energetikanın ABŞ-ın xarici siyasətindəki rolunu şişirtmək lazım deyil. Energetika çox vacib məsələdir, amma ABŞ Azərbaycanın stabilliyinin təmin edilməsini vacib sayır».
XS
SM
MD
LG