Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Sentyabr, Cümə, Bakı vaxtı 23:49

Avropa Şurasının insan haqları üzrə komissarı Azərbaycandadır


Nils Muižnieks
-

Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muižnieks-in Azərbaycana səfəri başlayıb. Səfər üç gün - mayın 22-dən 25-nə kimi davam edəcək.

Avropa Şurasının Bakı ofisidən AzadlıqRadiosuna verilən məlumata görə, Komissar mayın 22-də qeyri-rəsmi görüşlər, 23-dən isə rəsmi görüşlərdə olacaq. Amma konkret kimlərlə görüşlərin olacağı hələlik açıqlanmır.

Səfərin əsas məqsədi Azərbaycanda insan haqlarına dair vəziyyəti öyrənmək və dəyərləndirməkdir.

Sabah komissar İsmayıllıya gedəcək. Komissar İsmayıllı hadisələrinə görə, həbs olunanların vəkilləri ilə görüşəcək.
XS
SM
MD
LG