Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:12

Bakı-Novorossiysk kəməri bağlanmayacaq


Elmar Məmmədyarov və Sergei Lavrov
Elmar Məmmədyarov və Sergei Lavrov
-
Azərbaycanla Rusiya arasında Bakı-Novorossiysk neft kəmərinə dair yeni saziş hazırlanır.

Bunu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlardan sonra Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib.

Rusiyalı nazir son vaxtlar iki ölkə arasında münasibətlərin pisləşməsi barədə deyilənləri spekulyasiya adlandırıb:

«Qəbələ RLS-lə bağlı situasiya çoxdan məlumdur – qiymət barədə razılığa gələ bilmədik. Qalan iddialar spekulyasiyadır və biz spekulyasiya ilə məşğul olmuruq».

Lavrov Bakı-Novorossiysk kəmərinə dair sazişi Rusiyanın birtərəfli qüvvədən salmasını sırf iqtisadi səbəblərə bağlayır:

«Rusiya ərazisi ilə Azərbaycan neftinin nəqlinə dair Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında saziş 1996-cı ildə imzalanıb. Bu sazişi imzalayarkən ondan çıxış edirdik ki, kəmər tam doldurulacaq. Tariflər də buna əsaslanaraq razılaşdırılmışdı. Kəmər tam doldurula bilinmədiyinə görə, sazişin Rusiya operatoru üçün zərərli olduğu anlaşıldı. Yəni, səbəb sırf iqtisadidir. İndi bizim energetika qurum və şirkətləri yeni dövlətlərarası saziş hazırlayırlar. Bu saziş 1996-cı ilin vəziyyətini deyil, müasir reallıqları əks etdirəcək».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG