Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:14

Hicab qadağasına etiraz edənlərə 2 ilədək həbs cəzası kəsildi


Mayın 20-də Nərimanov rayon məhkəməsi ötən ilin oktyabrında Təhsil Nazirliyi qarşısında keçirilmiş hicabın qadağan edilməsinə qarşı etiraz aksiyasının 10 iştirakçısı haqda hökm çıxarılıb.
Bu barədə “Turan”a Ağayevin vəkili Rüstəm Zülfüqarov bildirib. Onlar 1 il 6 aydan 2 ilədək həbs cəzası alıb.

Bütün müttəhimlər ictimai asayişi pozma maddəsi ilə təqsirli biliniblər. Eyni zamanda, onlara qarşı hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə maddəsi ilə ittiham ləğv edilib.

Bir müddət əvvəl bu hadisə ilə bağlı daha 8 nəfər həbs edilib. 5 oktyabr 2012-ci il etiraz aksiyası ilə əlaqədar ümumilikdə 31 nəfər həbs edilib. Onlardan bəzilərinin işi üzrə istintaq hələ də davam edir.

.
XS
SM
MD
LG