Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:44

Danayer kəndinin «əhvalatları»


Göygöl
Göygöl
-
«Kənddə vəziyyət çox pisdir. 2009 və 2010-cu illərdə yağan güclü yağışlardan kəndin su anbarı iki dəfə dağılıb, bağ sahələrini su basıb, oraları yararsız vəziyyətə salıb».

«PREZİDENT KEÇƏNDƏ, KƏNDİN YOL İŞARƏLƏRİNİ GİZLƏDİRLƏR»

«Qaynar xətt»ə Göygölün Danayer kəndindən zəng vuran Ağa Qurbanov təkcə su anbarından yox, yollardan, qaz, işıq problemlərindən də danışır:

«Yolları düzəltmək üçün bir traktor göndərilib, o traktor da 3-4 gün işləyib, çıxıb gedib. Su anbarı hələ də tikilməyib, yolların vəziyyətini görmək üçün isə kəndə gəlsəniz yaxşıdır. Camaatın içməli su problemi var. Kənd camaatı öz pulları ilə kəndə dağdan su çəkiblər».

Kənd sakininin fikrincə, məişət problemləri adamları o qədər bezdirib ki, hərə bir tərəfə üz tutur. Beləcə, kənd boşalmaqdadır. Deyir, məmurlar kəndlərdəki problemləri gizlətmək üçün daha nələrə əl atmırlar:

«2009-cu ildə İlham Əliyev Daşkəsənə gedəndə, bizim kəndi göstərən işarəni yol kənarından götürüb gizlətmişdilər ki, birdən prezident kəndin adını oxuyub vəziyyəti ilə maraqlanar. Yaxşısı budur, heç belə bir kəndin varlığından xəbər tutmasın».

NÖVBƏDƏ DANAYERDİR

Göygöl rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirdilər ki, hazırda Quşqarkəndin təzə salınmış yaşayış massivinə qaz çəkilir. Yaxın vaxtlarda növbə Danayerə də çatacaq.

Dağılmış su anbarına gəlincə, bunun əvəzinə kəndin başqa yerində yeni su anbarı tikilib.
XS
SM
MD
LG