Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:08

Yağış Kürdəmirə də ziyan vurub


Foto: Arxiv
Foto: Arxiv
-
Mayın 20-də yağan intensiv yağışlar Kürdəmirdə ciddi fəsadlar yaradıb.

Rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna verilən məlumata görə, 400-dən artıq evi və həyətyanı sahəni su basıb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin ağır texnikasının işlədiyi deyilir.

Ancaq yağış davam etdiyindən fəsadları aradan qaldırmaq çətinləşib.

Leysan yağan Ağdaşda da vəziyyətin ağır olduğu bildirilir.
XS
SM
MD
LG