Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:17

Azərbaycan və İran nazirləri telefonda danışıblar


İran və Azərbaycan bayraqları
İran və Azərbaycan bayraqları
-

Mayın 20-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla İran xarici siyasət idarəsinin rəhbəri Ali Akbar Salehi arasında telefon danışığı olub. Bu haqda Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya bildirib.

Telefon danışığında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunduğu, müxtəlif regional məsələlərə dair, o cümlədən, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin bu ölkəyə səfərinin nəticələrinin, aprelin 30-da Təbrizdə həbs olunmuş Azərbaycan vətəndaşları ilə bağlı fikir mübadiləsinin aparıldığı deyilir.

Məlumatda bildirilir ki, İranın Xarici İşlər naziri yaxın zamanlarda Azərbaycana rəsmi səfərə gəlmək arzusunu ifadə edib. Eyni zamanda, azərbaycanlı həmkarını mayın 29-da Tehranda İranın təşəbbüsü ilə Suriyaya dair beynəlxalq konfransa dəvət edib.

XALİDƏ XALİD AZADLIQDADIR

Xalidə Xalid
Xalidə Xalid
Aprelin 30-da İranda saxlanmış AMEA-nın Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi, şəhriyarşünas Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov sərbəst buraxılıb. Bu haqda şəhriyarşünas alimin qızı Ləman Məmmədli AzadlıqRadiosuna deyib. Onun sözlərinə görə, Azərbaycanın Təbrizdəki konsulluğundan anasının artıq azadlıqda olduğunu bildiriblər. Ancaq onun Azərbaycana nə vaxt gələcəyi haqda məlumat verilməyib.

İranda səfərdə olan Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətindən APA-ya verilən məlumata görə, adıçəkilən Azərbaycan vətəndaşları yaxın iki gündə Bakıda olacaqlar. Hazırda hər iki ölkənin müvafiq qurumlarının təhvil-təslim işləri ilə bağlı sənədləşmə apardıqları, bu proses başa çatdıqdan sonra onların təhvil veriləcəyi bildirilir.

Xalidə Xalidin və sürücüsünün Azərbaycan nümayəndə heyəti ilə birgə mayın 22-də geri qayıtması gözlənilir.

Hər iki şəxs aprelin 30-da azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs ediliblər.

Şeyxülislam Hacı Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyətinin Tehrana səfəri zamanı, mayın 19-u onlar azadlığa buraxılıblar.
XS
SM
MD
LG