Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:45

Ağstafada açıq park yaradılır


Arxiv foto
Arxiv foto
-

Bu barədə layihə mühəndisi Sənan Mustafayev məlumat verib. Bildirib ki, 2,5 hektar ərazini əhatə edəcək parkda Bakı, Naxçıvan, Şəki, Gəncə, Bərdə, eləcə də Qarabağ bölgələrində mövcud olan tarixi və memarlıq abidələrinin maketləri quraşdırılacaq.

Muzey-parkda Azərbaycanın ayrı-ayrı bölgələrindən tikili abidələr - saray və qalalar, ziyarətgah, türbə və məscidlərlə yanaşı, müasir dövrdə yaradılmış arxitektura nümunələri kiçik ölçüdə təqdim olunacaq.

Park həmçinin Azərbaycan xəritəsinin ətraflı modeli olacaq. Burada ölkəni əhatə edən dağ silsilələri, çay və göllər, hətta dəmir yolu xətləri də əks olunacaq.

Muzey-parkın bir neçə aydan sonra istifadəyə verilməsi nəzərdə tutulur.
XS
SM
MD
LG