Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 06:45
-

Yazıçı Zümrüd Yağmurun “Diriləri basdırın” kitabı Ankarada Anadolu türkcəsində (“Diriləri gömün”) çapdan çıxıb.

Kitab “Sarkaç” nəşriyyatında 1000 nüsxə ilə çap edilib. Müəllifin verdiyi məlumata görə, yaxın zamanlarda əsərin 5000 tirajla ikinci nəşrinin hazırlanması planlaşdırılır.

Zümrüd Yağmurun bildirdiyinə görə, tərcümə və çap xərclərini nəşriyyat üzərinə götürüb. İyun ayında kitabın həm Ankara, həm də İstanbulda təqdimatı keçiriləcək.

Roman Azərbaycanda 2012-ci ildə çap olunub. “Diriləri basıdırın” Azərbaycandakı ictimai-siyasi yüklü problemlərdən bəhs edir.

azadlıq.info
XS
SM
MD
LG