Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:51

Güləş üzrə çempion Şəmkirdə su kanalına düşərək ölüb


Arxiv foto
Arxiv foto
-

Ötən gün Şəmkirin Yeniabad kəndi ərazində Kür qəsəbə sakini 13 yaşlı Elman Həsənov su kanalına düşərək batıb. Bu barədə Şəmkir rayon polis şöbəsindən məlumat verilib.

Uzun sürən axtarışdan sonra Elman Həsənovun cəsədi batdığı yerdən təxminən 100 metr aralıda tapılaraq valideynlərinə təhvil verilib. Ehtimal olunur ki, uşaq göldə ayaqlarını yuyarkən sürüşərək kanala düşüb.

Kanalda boğulan Elman Həsənov güləş üzrə 3 dəfə Azərbaycan çempionu olub. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.
XS
SM
MD
LG