Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 11:05

Ukrayna müxalifəti 20 minlik nümayiş keçirdiyini deyir


Ukraynada nümayiş
Ukraynada nümayiş
Ukrayna müxalifətinin Kiyevdə “Ukrayna qalx” devizi altında keçirdiyi nümayişdə 20 minədək adam iştirak edib.
Bu barədə nümayişin təşkilatçıları xəbər verirlər.
Aksiyada əsasən “Batkivşina” , “Zərbə” və “Azadlıq” partiyalarının tərəfdarları iştirak edib.

Həmçinin hakimiyyət tərəfdarları eyni gündə faşizm əleyhinə nümayiş keçiriblər.
Daxili İşlər Nazirliyinin məlumatına görə isə bu nümayişdə 40 minədək adam iştirak edib.

Sofiya meydanında “Azadlıq” partiyasından olan millətçilərlə hakim “Regionlar partiyası”nın fəalları arasında qarşıdurma yaranıb.
“5-ci kanal” televiziyasının jurnalisti Olga Snitsarçukla “Kommersant-Ukraina” qəzetinin fotomüxbiri Vladislav Sodelin döyüldükləri xəbər verilir.

“Batkivşina” partiyasının parlamentdəki fraksiyasının rəhbəri Arsen Yatsenyuk buna görə daxili işlər naziri Vitali Zaxarçenko ilə təcili görüş tələb edib.

Ümumilikdə şənbə günü Kiyevdə “Avropa günü” münasibəti ilə 16 müxtəlif aksiya planlaşdırılıbmış.
XS
SM
MD
LG