Keçid linkləri

2025, 07 Dekabr, bazar, Bakı vaxtı 14:43

Avropa Birliyi Türkmənistan qarşısında tutulan müxbir məsələsini qaldırır


Aşqabatda səfərdə olan Avropa Birliyinin nümayəndə heyəti Türkmənistan rəsmiləri qarşısında Azadlıq Radiosunun Türkmən Xidmətinin müxbiri  Rovshen Yazmuhamedovun tutulub-saxlanması  məsələsini qaldırıb. Bunu Avropa Birliyinin Xarici siyasət rəhbəri Catherine Ashtonun sözçüsü Maja Kocijancic deyib.

Jurnalisti mayın 6-da  Turkmenabat şəhərində polis saxlayıb. Türkmənistan rəsmiləri o vaxtdan bəri həbsdə saxlanan jurnalist barədə heş bir məlumat verməyiblər.

Qohumlarının dediyinə görə, Yazmuhamedovu Daxili İşlər nazirliyinin 6-cı İdarəsində saxlayırlar, bu İdarə isə mütəşəkkil cinayətkarlıq və terrorizmlə bağlı halları araşdırır.
XS
SM
MD
LG