Keçid linkləri

2026, 10 Mart, çərşənbə axşamı, Bakı vaxtı 17:19

"Harlem shake" videosuna görə gənc fəala 2 ay həbs cəzası kəsildi

Nəsimi rayon Məhkəməsi İlkin Rüstəmzadə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə məhkum olunub.

Azad Gənclik təşkilatının üzvü İlkin Rüstəmzadənin vəkili Nemət Kərimovun sözlərinə görə, İlkin Rüstəmzadə Youtube-da yerləşdirilən «Harlem Shake» videosuna görə saxlanıb:

«İlkinin bu videoya hər hansı dəxli yoxdur. Amma İstintaq İdarəsində dedilər ki, videonu İlkin çəkib, montaj edib, Youtube-a yerləşdirib. İlkinsə bu videonun hazırlanmasında iştirak etmədiyini bildirib».

İlkin Rüstəmzadə 30 aprel «Terrora yox» aksiyası zamanı 15 günlük həbs olunmuşdu. O, mayın 15-də azadlığa buraxılmışdı.

Gənc fəal «Əsgər ölümlərinə son» aksiyasının təşkilatçılarından biri olub.
XS
SM
MD
LG