Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:39

AFFA Gəncə futbolunun problemlərini müzakirə edib


Arxiv foto
Arxiv foto
-

AFFA-nın baş katibi Elxan Məmmədov və Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov Qərb bölgəsinə səfər edib.

Nümayəndələr Tovuz şəhər stadionunda Qazax, Ağstafa rayonlarının futbol ictimaiyyəti, eləcə də «Turan» klubunun rəhbərliyi və azarkeşlərlə görüşüblər.

Sonra Gəncə şəhərinə gələn assosiasiya rəsmiləri şəhərin futbol ictimaiyyətinin nümayəndələri, veteran futbolçularla görüşüb. Görüşlərdə futbolun bölgədə inkişafı, problemlər, infrastrukturun müasir səviyyəyə çatdırılması, uşaq futboluna daha böyük diqqətlə yanaşılması məsələləri müzakirə olunub.
XS
SM
MD
LG