Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:44

Bill Gates bu ay Carlos Slim-dən 550 milyon çox qazanıb


Carlos Slim(sağ) və Bill Gates
Carlos Slim(sağ) və Bill Gates
«Bloomberg» özünün «milyarderlər siyahısı»nı yeniləyib, siyahıya «Microsoft» korporasiyasının banisi Bill Gates başçılıq edir. 57 yaşlı milyarderin sərvəti 72,7 milyard dollara çatıb. Bu, ötən ilkindən 16 dəfə çoxdur.

«Bloomberg»ə görə, bu məbləğlə B. Gates dünyanın ən zəngin adamları siyahısında birincidir.

Siyahıda 2-ci yerdə 73 yaşlı meksikalı biznesmen Carlos Slim dayanır. Onun sərvəti B. Gates-dən 550 milyon dollar azdır.

«Forbes»un mart ayındakı siyahısında Carlos Slim 67,2 milyard dollarla birinci idi. B. Gates ondan cəmi 250 milyon geri qalırdı.
XS
SM
MD
LG