Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:01

HRW: «İlham Əliyev dəyişikliklərə veto qoymalıdır»


Human Rights Watch
Human Rights Watch
-

«Azərbaycan qanunvericiliyinə edilən son dəyişiklər Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə və sərbəst toplaşmaq azadlığına ziddir. Prezident İlham Əliyev bu dəyişikliklərə veto qoymalıdır». Human Rights Watch insan haqları təşkilatının mayın 17-də yaydığı bəyanatda belə deyilir.

«Qanunvericiliyə edilən yeni dəyişikliklər küçədə və ya onlayn özünü ifadə etmək istəyən insanlara qarşı əsassız cəzalar nəzərdə tutur. Əgər onlara veto qoyulmasa, dəyişikliklər ifadə və sərbəst toplaşmaq azadlıqlarının durumunu daha da ağırlaşdıracaq, Azərbaycanın götürdüyü beynəlxalq öhdəlikləri pozacaq və fikir müxtəlifliyinin qarşısını alacaq», deyə təşkilatın Avropa və Mərkəzi Asiya üzrə araşdırmaçısı Giorgi Gogia qeyd edib.

Bəyanatda qeyd olunur ki, Milli Məclisin internetdə böhtan və təhqir xarakterli fikirlərə görə cinayət məsuliyyəti yaradan dəyişikləri qəbul etməsi oktyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində həyata keçirilir. Aylardır polis dinc nümayişçiləri, siyasi müxaliflər, sosial media fəalları, hüquq müdafiəçiləri və digər hökumət tənqidçilərini təqib edir.

Təşkilat xatırladır ki, 2013-cü ilin yanvarında AŞPA Azərbaycanı «Venesiya Konvensiyası ilə əməkdaşlıqda yeni diffamasiya qanununun hazırlanması»na çağırıb. Giorgi Gogia qeyd edir:

«Hökumətin dekriminallaşdırma haqda 18 aylıq ritorikasından sonra dəyişikliklər geriləmə və beynəlxalq öhdəliklərə xəyanətdir. Azərbaycan bu məsələdə geri deyil, irəli addım atmalıdır».

Mayın 14-də Milli Məclis Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci maddələrinə (təhqir) dəyişiklikləri qəbul edib. İndən belə elektron mediada təhqir və böhtan yazanlar məsuliyyətə cəlb olunacaq. Dəyişiklərin təşəbbüskarı Baş Prokurorluqdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG