Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:09

Populyar məhəbbət romanı Azərbaycan dilində!


Cecelia Ahern-in kitabı Azərbaycan dilində
Cecelia Ahern-in kitabı Azərbaycan dilində
-

"Qanun" nəşriyyatı populyar irland yazarı Sesiliya Ahernin "Hədiyyə" romanını Azərbaycan dilində çap edib.

Əsərləri 40-dan çox ölkədə çap olunan gənc yazar əvvəllər müğənnilik edib və hətta ölkəsini "Eurovision" müsabiqəsində təmsil etmək üçün seçim yarışına qatılıb.

Daha sonra özünü belletristika janrında sınayıb.

Onun sevgi romanları elə debüt romanından başlayaraq yüksək tirajla satılıb.

"Hədiyyə"nin baş qəhrəmanı Lu Saffernin həqiqətən də taleyi üzünə gülüb, hər halda ətrafdakılar belə hesab edirlər. Uğurlu karyerası, gözəl ailəsi, möhtəşəm evi var.

Əslində isə həyatında hər şey çox qarışıqdır: karyera yolunda nüfuz qazanmaq üçün o, daima öz yaxın və əziz adamlarının maraqlarını qurban verməli olur.

Bütün vaxtını işə sərf edən Lu ailəsinə, həyat yoldaşına, övladlarına vaxt tapa bilmir.

Bir gün Lu zahirən özünə oxşayan bir avaraya rast gəlir. Bu qəribə adam ona bir həb hədiyyə eləyir. Ona hədiyyə edilən həmin həb sayəsində Lu eyni zamanda iki müxtəlif yerdə ola bilir.

“Hədiyyə” romanı insanın vaxtla mübarizəsindən bəhs edir. Bu əsər vaxtın qiymətindən, onun həyatda nə qədər vacib faktor olmasından bəhs edən gözəl Yeni il nağılıdır.

İngiliscədən tərcümə: Günel Nağıyeva, Gülçin Nəbiyeva, Şəfa Aslanova.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG