Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 21:44

Tsarnaev Boston terrorunun qisas olduğunu yazıb


Dzhokhar Tsarnaev
Dzhokhar Tsarnaev
Dzhokhar Tsarnaev Boston partlayışlarının ABŞ-ın Əfqanıstan və İraqa hərbi müdaxiləsinə cavab olduğunu deyib.

CBS televiziya kanalının məlumatına görə, onun partlayışlardan sonra polisdən gizlənərkən qayığın iç divarlarına yazdığı yazılarda belə deyilir.
O həmçinin qardaşı Tamerlan Tsarnaevin ölümündən kədərlənmədiyini və onun cənnətə düşdüyünü yazıb.

Tamerlan aprelin 19-da polislə atışmada ölüb, Dzhokhar isə həmin atışmada yaralanıb və hazırda hospitaldadır.

Aprelin 15-də Bosotonda keçirilən marafon yarışında törədilən iki partlayışda 3 nəfər ölüb, 260-dan çox adam yaralanıb.
XS
SM
MD
LG