Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:48

Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının ilk iclası keçirilib


Foto arxiv
Foto arxiv
Moskvada Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının ilk iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası prosesini tənzimləyən normativ-hüquqi sənədlərin razılaşdırılması ilə bağlı məsələlər müzakirə edilib.
İclasda Azərbaycan tərəfindən komissiyanın həmsədri, xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edib.
Görüş konstruktiv dialoq və mehriban qonşuluq ruhunda keçib.
İclasda birgə komissiyanın növbəti iclasının Azərbaycanda keçirilməsi qərara alınıb.

2010-cu il sentyabrın 3-də Bakıda Azərbaycan və Rusiya arasında sərhədlərin dəqiqləşdirilməsini nəzərdə tutan saziş imzalanıb.
Sənədə əsasən, sərhəd xətti keçmiş Azərbaycan SSR və Dağıstan MSSR arasında mövcud olan sərhədlə üst-üstə düşür.

Rusiya Azərbaycanın dövlət sərhədi barədə saziş imzalayan ilk ölkədir.
XS
SM
MD
LG