Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:36

Əli Əhmədov: «Seçkilərə hazırlıq üçün geniş proqram müəyyənləşdirilib»


Əli Əhmədov
Əli Əhmədov
-

«YAP-ın 600 min nəfərlik fəal üzvlərinin seçkilərə hazırlığı üçün geniş proqram müəyyənləşdirilib». Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov partiyanın rayon və şəhər təşkilatları sədrlərinin iştirakı ilə keçirilən müşavirəsində belə deyib.

Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsində yayılan məlumatına görə, mayın 15-də YAP Xətai rayon təşkilatında respublika müşavirəsi keçirib. Əli Əhmədov bildirib ki, YAP prezident seçkilərinə çox ciddi hazırlaşır və seçki planlarına uyğun olaraq müvafiq tədbirlərin həyata keçirilməsinə başlayıb.

Müşavirədə seçki və seçkiyə hazırlıqla əlaqədar tapşırıqların verilməsi, bundan əvvəlki tapşırıqların icrasının təhlili və gələcəkdə atılacaq addımların müzakirəsi nəzərdə tutulub.

YAP-ın icra katibi bildirib ki, seçkiyə hazırlıq prosesində YAP-ın bütün strukturlarını, fəalları və üzvlərini seçki kampaniyasında yaxından iştirakını təmin etməkdir:

«Hakim partiyanın 600 min nəfərlik fəal üzvlərinin seçki kampaniyasına hazırlığını təmin etmək üçün geniş proqram müəyyənləşdirilib. Partiyanın bütün üzvlərinin seçkidə, təşviqat-təbliğat kampaniyalarında yaxından iştirakı bütövlükdə Azərbaycanda seçki fəallığının artmasına müsbət təsir göstərəcək».

Əli Əhmədov əlavə edib ki, istənilən nəticəni əldə edə bilmək üçün tez-tez görüşlər, tədbirlər keçirilib, fikir mübadiləsi aparılır.

2013-cü il Azərbaycanda prezident seçkiləri ilidir. Hakim Yeni Azərbaycan Partiyası hələlik öz namizədini açıqlamayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG