Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:02

ABŞ yeni həmsədr məsələsini müzakirə edir


Richard Morningstar
Richard Morningstar
“ABŞ Dövlət Departamentində ATƏT-in Minsk Qrupuna təyin ediləcək yeni amerikalı həmsədrin təyin edilməsi məsələsi müzakirə edilir.
Bunu APA-ya Qəbələdə səfərdə olan ABŞ səfiri Richard Morningstar deyib.

Amma səfir yeni həmsədrin nə vaxt təyin ediləcəyinə aydınlıq gətirməyib: “Mən həmsədrin təyinatı ilə bağlı dəqiq tarixi deyə bilmirəm, amma hazırda Vaşinqtonda bu istiqamətdə işlər gedir.
Bildiyiniz kimi ATƏT-in Minsk Qrupunun həmsədri Robert Bradtke öz vəzifəsini başa çatdırdıqdan sonra bu vəzifəni səfir Yan Kelli icra edir. Mən onu uzun müddətdir ki, tanıyıram. Yeni həmsədr təyin olunana qədər bu vəzifəni Yan Kelli icra edəcək”-deyə o vurğulayıb.
XS
SM
MD
LG